Karyera Sərgiləri təşkilatların Xəzər tələbələri ilə əlaqə yaratmaq və kampusumuzda marka yaratmaq üçün gözəl bir yoldur. Universitetin Karyera Mərkəzi hər bir təhsil-tədris ilində işəgötürən ehtiyaclarını qarşılamaq üçün illik karyera sərgilərinə ev sahibliyi edir.
Peşəkar şəkildə geyinin. Karyera sərgiləri müsahibəyə bənzərdir, ona görə də geyiminizin müsahibəyə uyğun olduğundan əmin olun. Peşəkar şəkildə geyinin, saçınız səliqəli və sadə olsun, xanımların minimum makyaj istifadə etmələri uyğundur.
Rahat ayaqqabı geyinin. Çünki sıralar uzundur və gözləməli olacaqsınız, narahat hündür dabanlı ayaqqabılar və ya yeni ayaqqabılar geyinməyin. Səliqəli, sadə və müsahibəyə uyğun rahat ayaqqabılar geyinin.
CV-nizi gətirin. Şirkətlərə vermək üçün öz CV-inizi gətirin. CV-lərinizi və təşkilati sənədləri daşımaq üçün portfel götürün.
Karyera hədəflərinizi müzakirə etməyə hazır olun. Harada işləmək, nə etmək istədiyiniz və müvafiq bacarıqlarınız haqqında danışmağa hazır olun.
Həvəsli olun. İşəgötürən şirkət sorğuları göstərir ki, namizədlərin yeni vəzifəyə gətirə biləcəyi ən vacib şəxsi atributlarından biri həvəsdir. Bu o deməkdir ki, işəgötürən şirkətlər sizin gülümsəməyinizi istəyir. Ona görə də, gülümsəyin və şirkətə olan həvəsinizi göstərin.
Tarix: 29 May 2018-ci il
Saat: 11:00 - 16:00
Ünvan: Məhsəti küç. 41, “Neftçilər” korpusu, Bakı, Azərbaycan
Qeydiyyat üçün son tarix: 22 May 2018-ci il
Şirkət və təşkilatlar öz iştirakını aşağıdakı e-mail vasitəsilə təsdiqlədə və rezervasiya formlarını istəyə bilərlər: careercenter@khazar.org
Karyera sərgisində iştirak ödənişsizdir!
Əlavə məlumat üçün:
Telefon: (+994 12) 421 79 16 (212)
Fax: (+99412) 498 93 79
Email: careercenter@khazar.org