Siyasət Institutu
Xəzər Universitetinin Siyasət İnstitutu siyasətlə bağlı tədqiqat, təhlil və təhsil məsələləri ilə məşğul olan müstəqil və bitərəf institutdur. Bu siyasət yönümlü tədqiqat institutu Xəzər Universitetində 2004-cü ilin sentyabrında Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi və Siyasi Elmlər departamenti əsasında təsis edilmişdir.
İnstitut müxtəlif dövlət rəsmilərinin, diplomat və alimlərin iştirakı ilə müntəzəm konfrans, seminar və müzakirələr, həmçinin, böhran simulyasiyası üzrə tələbələrin iştirakı ilə illik konfranslar keçirir. Siyasət İnstitutu yerli və xarici məruzəçilər, tədqiqat qrupları, konfrans və praktika da daxil olmaqla geniş çeşiddə proqram və resurslar təklif edir.
2010-cu ilin Mayın 9-da Xəzər Universiteti və ATƏT-in birgə layihəsi əsasında Xəzər Universitetində ATƏT Model konfransı keçirilmişdir. Ölkənin ilk ATƏT Model konfransında Azərbaycanın 12 universitetinin 60-dan çox tələbəsi iştirak etmişdir.
2005-2006-cı ildə Siyasət İnstitutu Britaniya Konsulluğu ilə bu konsulluğun dünyavi “Gələcəklə bağlantı” proqramı çərçivəsində “Birlikdə yaşamaq” layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlığa cəlb edilib. Bu layihə zamanı İnstitut Azərbaycanın müxtəlif rayonlarından olan gənclər üçün münaqişənin həllinə dair bir sıra seminarlar keçirib. Bunlardan biri də Ermənistan, Azərbaycan, Gürcüstan və Şimali İrlandiyadan olan gənclər üçün təlimçilərin əsas təlimi adlı seminar olmuşdu.
“Azərbaycanın gələcəyinin modelləşdirilməsi: Meyl və imkanların araşdırılması” mövzusunda 2005-ci il 18-19 iyul tarixdə keçirilmiş ikigünlük seminarda Azərbaycanın mühüm dövlət məsələləri ilə bağlı meyl və imkanların araşdırılmasına həsr olunmuş müzakirələrdə dövlət siyasətinin öyrənilməsi ilə bağlı 60-dək alim, praktikant, tələbə, eləcə də hökumət rəsmiləri və vətəndaş vətəndaş cəmiyyəti liderləri iştirak etmişlər. Konfrans Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və Xəzər Universitetinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir 2005-ci ilin 30 aprelində İkinci İllik Böhran Simulyasiya məşğələsi keçirilmiş və Bakının dörd ali məktəbinin 70-ə yaxın tələbəsi həmin məşğələdə iştirak tmişdir.
Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Slavyan Universitetinin tələbələrindən ibarət yeddi komanda Cənubi Qafqazda simulyativ böhranı həll etmək üçün roloyunu oyunda Milli Təhlükəsizlik Şurasını (MTŞ) təqlid etmişlər. Məşğələ İngilis dilində keçirilmişdir.2004-cü ilin 22-26 Noyabrında Xəzər Universitetinin Siyasət İnstitutu Azərbaycanda siyasi problemləri necə həll etməli mövzusunun siyasi təhlili ilə əlaqədar olaraq Birinci İllik İcraedici Təhsil seminarını keçirdi. Bu unikal seminar Azərbaycan Avrasiya Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin himayəsi altında problemin müəyyənləşdirilməsi, siyasətin formalaşdırılması və qərar qəbul etmə məsələlərini inamla və səmərəli həll etmək üçün hökumət və dövlət sektorunun rəhbərləri və analitikləri, eləcə də müəllim və tələbələri əsas biliklərlə təmin etmək məqsədilə keçirilmişdir. Vaşinqtonda yerləşən Amerika Universitetinin Dövlət və Dövlət İdarəçiliyi üzrə professoru Dr. Beril Radinin rəhbərlik etdiyi bu seminarda 25 dövlət məmuru və siyasi analitiklər, QHT rəhbərləri, Azərbaycan və Gürcüstan müəllim heyəti və yuxarı kurs tələbələri iştirak etmişlər.
Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi
Tərcüməçilik tədqiqatın fərqli sahələrində çalışan alimlər arasında əməkdaşlıq üçün imkanların yaranmasına səbəb olaraq özlüyündə bənzərsiz bir tədqiqat formalaşdırır.
Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi artıq tədqiqatçıların və tələbələrin təhsil aldıqları və tərcüməçiliklə məşğul olduqları elmi orqana çevrilib.Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir. Mərkəz həmçinin Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır. Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi təlimlər vasitəsilə tələbələrə peşəkar dil bacarıqlarını artırmağa və istifadə etməyə imkan verir. Tərcümə Araşdırmaları Mərkəzi universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq edir. Mərkəz təkcə bədii tərcümə deyil, kommersiya və hüquqi tərcümə ilə də məşğul olur.
Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə bir neçə layihəsini həyata keçirir. Bu layihələrin bir qismi ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilir. Tərcümə olunan kitabların siyahısına aşağıdakılar daxildir:
Mərkəzin tərcüməçiləri hal-hazırda Hafiz Paşayevin "Yuxarılara qədər qalxarkən" əsərinin üzərində işləyirlər. Yeni tərcümə layihəsi 2005-ci ildə başlamışdır. Tərcüməçi qrup o cümlədən Hamlet İsaxanlı tərəfindən hazırlanan "Poetik tərcümələr: 1-ci Toplu"-su nəşr edilmişdir.
Hüquq Tədris Mərkəzi
2013-cü ilin yanvar ayında ABŞ İnkişaf Agentliyi (USAİD) və Xəzər Universitetinin dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır. Ümumi məqsədlər - hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.
Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik səviyyədə keçirilir. Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır.
Hüququn ayrı-ayrı sahələrindəki boşluqları nəzərə alaraq yerli və beynəlxalq ekspertlərin dəstəyi əsasında Mərkəzdə İnzibati hüquq, Cinayət hüququ, Qanunvericilik texnologiyası, Vəkillik imtahanına hazırlıq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququ, Ailə hüququ, Əmək hüququ, Hüquqi yazı və s. mövzularda təlimlər keçiriləcək.
Xəzər Psixoloji Xidmət Mərkəzi
29.02.16 tarixində Xəzər Psixoloji Xidmət Mərkəzinin açılış təqdimatı keçirilmişdir. Təqdimat mərasimində mərkəzin koordinatoru Mələk Kərimova Xəzər Psixoloji Xidmət Mərkəzinin hansı zərurətdən ortaya çıxdığını və hansı xidmətləri nəzərdə tutduğu barədə ətraflı məlumat verdi. O bu mərkəzin tələbələrə və kənar şəxslərə psixoloji xidmət və dəstək vermək üzrə Xəzər universitetinin rektorunun əmri əsasında yaradılan struktur mərkəzlərdən biri olduğunu qeyd etmişdir. Mərkəzin Universitetin nizamnaməsi və daxili qaydaları əsasında fəaliyyət göstərəcəyini bildirən Mələk Kərimova mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar təşkil ediləcəyini, elmi tədqiqat işləri aparılacağını, universitetin tələbələrinə (ödənişsiz) və eləcə də kənar şəxslərə (ödənişli) psixoloji xidmət və dəstək xidməti veriləcəyini qeyd etmişdir. Prof.Dr. Hamlet İsaxanlı da mərkəzin açılışı ilə əlaqədar ürək sözlərini ifadə etmişdir. Təqdimat mərasimində iştirakçılardan gələn suallar cavablandırılmış və struktur bölmələr arasındakı işbirliyi vurgulanmışdır. Xəzər universiteti nəzdində fəaliyyət göstərən Xəzər Psixoloji Xidmət Mərkəzi (XPXM) 2016-cu ildə yaradılmışdır. Mərkəz Xəzər universitetinin tələbə, müəllim, işçi heyəti ilə yanaşı, respublika səviyyəsində ictimaiyyətə müxtəlif istiqamətlərdə yüksəkkeyfiyyətli xidmətlər təklif edir. PMPM-nin işindən kimlər yararlana bilər:
Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzində işləyən mütəxəssislə Avropa və ABŞ-da təhsil almış peşəkar psixoloqlardır. Bununla yanaşı, tez-tez xarici ölkələrdən dəvət olunmuş peşəkar psixoloqlar, mütəxəssislər bu mərkəzdə psixoloji məsləhət və psixoterapiya seansları keçirirlər. PMPM-ə müraciət edən şəxslərlə bağlı məlumatların tam anonim saxlamasına zəmanət verilir. PMPM-də müxtəlif psixoloji və sosial problemlərlə üzləşən insanlara aşağıdakı istiqamətlərdə yardım göstərilir: