Bakalavr dərəcəsi üzrə tələbələr müəyyən krediti toplayaraq ixtisasları üzrə lazımı tələblərə cavab verməlidir. Belə ki, təhsilin tamamlanması üçün ümumilikdə 132 kredit (264 AKTS), ixtisas üzrə isə 72 kredit (154 AKTS) toplanımalıdır.
Hər tələbə Bakalavr dərəcəsini bitirmək üçün lazım olan 3 əsas tələbi yerinə yetirməlidir:
Universitet tələbləri: Ümumi 27 kreditdən (54 AKTS) ibarət olan İngilis dili və Azərbaycanşünaslıq bölməsidir.
İngilis dili – aşağıdakı proqramlardan ibarətdir:
Xüsusi sahələr üçün İngilis dili (ESP) və İngilis dili ikinci dil kimi (ESL) (3 kredit) 6 AKTS
* Qeyd: İngilis dili və ədəbiyyatı, Tərcümə və Jurnalistika / İngilis dili ixtisası üzrə təhsil alan tələbələrə ESL fənni əvəzinə ESP fənni təklif olunur.
Azərbaycanşünaslıq bölməsi 12 kreditdən (24 AKTS) ibarətdir:
Ümumi Təhsil tələbləri- Minimum 21 kreditdən (42 AKTS ) ibarət olan 3 əsas hissəni təşkil edir.
Ümumtəhsil tələbləri bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrə ixtisasdan əlavə müxtəlif elmi sahələri öyrənməyi təşkil edir. Tələbənin ixtisasının mahiyyətindən asılı olmayaraq Ümumtəhsil Tələbləri tələbələrin intellektual perspektivlərinin genişləndirmək və gələcəkdə cəmiyyətdə ali-təhsilli bir şəxs kimi yetişmək imkanı verir. İxtisas fənnləri ilə yanaşı, tələblər artıq birinci və ikinci kursda Ümumtəhsil tələblərin təklif etdiyi fənləri götürürlər. Aşağıda qeyd olunan 3 hissədən ibarət olan Ümutəhsil Tələbləri bölməsində 21 kredit (42 AKTS ) tamamlanmalıdır:
Humanitar fənnlər: Bu bölmədə əsasən Ədəbiyyat, Dil və Dilçilik, Fəlsəfə, Tarix, Mədəniyyət və Sivilizasiya, İncəsənət və İncəsənət tarixi kimi fənnlər təklif edilir. Tələbələrdən bu sahə üzrə hər kurs 3 kredit (6 AKTS ) olmaq şərtilə ən azı 2 kursu bitirmələri tələb olunur.
Sosial fənnlər: Bu bölmədə Tarix, Coğrafiya, Siyasi Elmlər, Beynəlxalq münasibətlər, Hüquq və Hökumət, Antropologiya, İqtisadiyyat, Sosiologiya və Psixologiya kimi fənlər təklif olunur. Tələbələrdən bu sahə üzrə hər kurs 3 kredit (6 AKTS ) olmaq şərtilə ən azı 2 kursu bitirmələri tələb olunur.
Elm və Texnologiya bölməsi Ümumtəhsil Tələblərin əsas hissələrindən biri olmaqla yanaşı, 3 hissəyə bölünür:
Tələbələr - Riyaziyyat, Kompüter Elmi, Fizika, Kimya, Astronomiya, Coğrafiya və Ətraf mühitlə bağlı fənnlər, Geologiya, Bioloji Elmlər və Antropologiya, Tibb Elmlərinə aid fənlərdən keçərək bu bölməni bitirə bilərlər. Tələbələr bu sahə üzrə hər kurs 3 kredit (6 AKTS ) olmaq şərtilə ən azı 3 kursu keçərək 9 kredit (18 AKTS ) toplamalıdırlar. Təklif olunan fənlərdə tətbiq olunan metodlardan və kursların mahiyyətindən asılı olaraq fənlər müxtəlif bölümlərə də aid ola bilər. Misal olaraq, Antropologiya, Psixologiya və Coğrafiya Sosial Elmlər bölümünə, eyni zamanda da Təbiət Elmləri bölümünə aid ola bilər.
Sərbəst Fənn seçimi- Bu bölümdə heç bir məhdudiyyət qoyulmadan, tələbələr 6 kreditdən (12 AKTS ) ibarət olan ən azı 2 əlavə ixtisas və ya qeyri-ixtisas fənləri götürə bilərlər.