Xəzər Universitetində yeni açılmış Baytarlıq təbabəti ixtisası heyvanların həyat və sağlamlığının əksər istiqamətləri sahəsində təhsil verir. Bu ixtisas, təsərrüfat heyvanları ilə yanaşı idman və ev heyvanları (pet animals) istiqamətində də ixtisaslaşmağa şərait yaradır.
İxtisasa yiyələnən mütəxəssis, iri və xırda buynuzlu, donuz, at, quş, itlər və pişiklərin xəstəlikləri ilə klinik müayinə, müalicə və profilaktik tədbirlər aparmaq səlahiyyətinə sahib olur. Heyvan xəstəlikləri, onların mənşəyi və ötürülmə üsulları ilə bağlı araşdırmalar, insanların zoonoz mənşəli xəstəliklərinin daha ətraflı öyrənmək və onun qarsısın alınması üçün vacib məsələdir.
Bu peşə sahibləri, heyvanların rifahını gözləməklə təhlükəsiz qida istehsalı üçün də zəmin yaradırlar.
Tematik yanaşmamız, heyvandarlıq, heyvan sağlamlığı və rifahı, qida təhlükəsizliyi və keyfiyyəti, sahəsində rəqabətli mütəxəssis yerişdirmək, bizim əsas prinsipimizdir.
İxtisasın, təhsil proqramları tanınmış universitetlərin proqramları ilə uyğunlaşdırılmışdır. Dərs prosesi nəzəri biliklər ilə təcrübənin vəhdətindən ibarətdir. Bu da gələcəkdə, ixtisası bitirən kadrlara karyera planlaması üçün geniş üfüqlər açır.
Universitetin, yerli və xarici şəbəkələri ilə əlaqələri, maddi texniki bazası bu sahədə tədqiqat aparmaq üçün də əlverişlidir.