MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİNİN PROFESSOR-MÜƏLLİM VƏ İŞÇİ HEYƏTİ AŞAĞIDAKI ÜZVLƏRDƏN İBARƏTDİR
Afaq Kərimova Bakı Şəhərində anadan olmuşdur. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir.1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.1990-1995-ci illərdə “Azərxalça” istehsalat birliyində baş rəssam vəzifəsində çalışır.1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA. N.Gəncəvi Adına Ədəbiyyat muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır.Eyni zamanda (1997-2005) Hüseyn Cavidmuzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur.Azərbaycan Dövlət İncəsənət muzeyində, “Nizami” adına Ədəbiyyat muzeyində , Hüseyn Cavidin ev muzeyində,Səməd Vurğunun ev muzeyində,Sergey Yesenion ev muzeyində,Azərbaycan bölgələrindəki- Bakı, Gəncə,Şəmkir, Yevlax, Lənkəran, və .s “Heydər Əliyev” muzeylərində və bir sıra xarici ölkələrdə (ABŞ,Türkiyə,İspaniya,Fransa ə s.) əsərləri daimi eksponant kimi nümayiş etdirilir.1997-ci ildən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür.Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır.
2014-2015 ci illərdə Nizami Gəncəvinin yubileyi münasibəti ilə (Heydər Əliyev Mərkəzinin sifarişi ilə) “5 Xəmsə” batikləri YUNESKO xətti ilə Fransanın Paris, Kann, Reyms, Luvr, Strasburg şəhərlərində sərgilənmiş, hazırda Parisdə Azərbaycan mədəniyyəti mərkəzinin daimi exsponatıdır. 2015 ci ildə dünya şöhrətli şairə Məhsəti Gəncəvinin yubileyi münasibəti ilə dövlət sifarişi ilə toxunmuş “Məhsəti” xalçası Gəncə Məhsəti muzeyinin daimi eksponatıdır.
Heydər Əliyev fondunun sifarişi ilə işlənmiş Məhsəti süjetli batiki Parisdə Azərbaycan Mədəniyyəti mərkəzinin daimi eksponatıdır. Hər iki əsər 2014-2015 ci il ərzində YUNESKO xətti ilə Fransanın Paris, Luvr, Kann, Reyms, Strasburg şəhərlərində sərgilənmişdir.
2015 – ci ildə "Azərbaycan tarixi və memarlığı rəssamların gözü ilə" tələbələrin Republika rəsm müsabiqəsində A.Kərimovanın Xəzər Universitetindən iki tələbəsi 1 –ci və 3-cü yerlərin mükafatçıları olmuşdur.
2015-ci ildə S. Eseninin 120 illik yubiley münasibəti ilə Rəssamlar İttifaqının keçirdiyi Respublika sərgisində 3-lük süjetli batiklərlə iştirak etmiş və Rus İcmasının təşəkkürnamə və hədiyyəsini qazanmışdır.
2016-cı ildə Avrasiya Akademiyasının üzvlərinə verilən “Avrasiya Əfsanəsi”
Mükafatının və Avrasiya Akademiyası medallarının dizaynı üzrə müsabiqənin qalibi olmuşdur.