Ümumi məlumat
MAGİSTRATURA, DOKTORANTURA VƏ ELMİ İŞLƏR BÖLMƏSİ
Magistratura, Doktorantura və Elmi işlər bölməsi Universitetin rektorunun 02 aprel 2011-ci il tarixli T/16 nömrəli əmrinə əsasən, kadr hazırlığının keyfiyyətini artırmaq, habelə elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə yaradılmışdır.
ÜMUMİ STRATEGİYASI
- Xəzər Universitetinin Magistratura, Doktorantura və Elmi işlər bölməsi Universitetin elmi hissəsinin struktur vahidi olub, əsas strategiyası magistr və fəlsəfə doktoru kimi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir;
- Magistratura, Doktorantura və Elmi işlər bölməsi öz vəzifəsini yerinə yetirərkən magistr və fəlsəfə doktoru hazırlığı haqqında Universitetin daxili qaydalarının, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq qayda və qərarların, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinin (Azərbaycan Respublikası Prezidentinin 2019‐cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə) yerinə yetirilməsinə ciddi nəzarət edir;
- Bölmə, Universitetdə magistr, doktorant və dissertantların hazırlanmasına, onların tezis və dissertasiya işlərinin müdafiəsinə nəzarət edir və bütün proseslərin müvafiq qanunvericiliyə uyğun şəkildə təşkil olunmasına dəstək verir.
ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR
- Bölmənin əsas məqsədi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasıdır.
- Bölmənin əsas vəzifəsi digər müvafiq qurumlarla birgə magistr, doktorant və dissertantların qəbulunu təşkil etmək, onların tədqiqat fəaliyyətlərinə, peşəkar inkişafına və elmi işlərinə yardım göstərməkdir.
Bölmənin magistratura və doktorantura təhsilinin təşkili və idarə olunması ilə bağlı vəzifələri
Bölmə magistrant, doktorant və dissertantura hazırlığının proqram və prosedurları üzrə fəaliyyətlərin vaxtında həyata keçirilməsini idarə edir və magistratura və doktorantura tələbələrinə elmi-metodik dəstək verir.
Magistratura, doktorantura və dissertantura hazırlığının proqram və prosedurları üzrə fəaliyyətlərin vaxtında həyata keçirilməsinə aşağıdakılar daxildir:
- Fakültə dekanları və departament müdirləri ilə birgə fəlsəfə doktoru hazırlığı üzrə yeni ixtisasların açılması üzrə proqram və proseduraları hazırlamaq;
- Fəlsəfə doktoru hazırlığı üzrə müvafiq ixtisaslara tələbatlara uyğun olaraq fakültələrdən daxil olmuş məlumatlar əsasında qəbul planı layihəsi hazırlayaraq yerlərin alınması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlamaq;
- Fəlsəfə doktoru hazırlığı üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş plan yerlərinə uyğun müsabiqənin keçirilməsi haqqında elanlar vermək və bu elanlardan irəli gələn tələblərin yerinə yetirilməsi üçün müvafiq qurumlarla əlaqəli iş aparmaq;
- Müvafiq qaydalara uyğun olaraq akademik departamentlərlə koordinasiya olunmuş şəkildə doktorantura və dissertanturaya qəbulu təşkil etmək;
- Doktorantura və dissertanturaya aid bütün proqram və prosedurları Təhsil Nazirliyi və Universitet xarici digər əlaqədar qurumlarla (Ali Attestasiya Komissiyası, Milli Elmlər Akademiyası, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və s.) əlaqələndirmək və tələb edilən sənədlərin vaxtında göndərilməsini təşkil etmək;
- Hər akademik ilin sonunda doktorant və dissertantların illik attestasiyasını təşkil etmək və təhlilini aparmaq;
- Doktorant və dissertantların minimum imtahanlarının təşkili və keçirilməsi işinə nəzarət etmək;
- Fakültə və departamentlərlə birgə fəlsəfə doktoru dissertasiyalarının ilkin müzakirəsinin keçirilməsi üçün komissiyanın yaradılması və fəaliyyətində iştirak etmək;
- Magistr, doktorant və dissertantlarların dissertasiya işlərinin plagiat yoxlamasını təşkil etmək;
- Fakültə və departamentlərlə birgə magistr dərəcə proqramı üzrə müdafiə komissiyalarının və məzunluq komitələrinin yaradılmasında və fəaliyyətində iştirak etmək;
- Magistr, doktorant və dissertantların elmi işlərinin uyğun departamentlərdən əldə edilərək bölmədə saxlanılması və Xəzər Universitetinin Kitabxana bazasına təqdim olunmasını təmin etmək;
- Magistratura, Doktorantura və Elmi işlər bölməsi haqqında məlumatları veb səhifədə yerləşdirmək və vaxtaşırı yenilənməsini həyata keçirmək;
- Magistr, doktorant və dissertantlar haqqında funksional məlumat bazası hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək;
- Universitet rəhbərliyi, nazirlik və digər əlaqədar qurumlar üçün zəruri hesabatları hazırlamaq və təqdim etmək;
- Nazirlik və digər əlaqədar qurumlar tərəfindən təşkil olunmuş və digər ictimai forumlarda bölməni təmsil etmək.
Magistr və doktorant tələbələrə elmi-metodik dəstək vermək fəaliyyətlərinə aşağıdakılar daxildir:
- Magistr, doktorant və dissertantların akademik bacarıqlarının inkişafı üçün seminar və təlimlər təşkil etmək;
- Magistr və fəlsəfə doktoru hazırlığı üzrə fəaliyyətlər barədə təlimatların hazırlanması və vaxtaşırı yenilənməsini təmin etmək;
- Magistr, doktorant və dissertantlar üçün beynəlxalq sahədə əməkdaşlıq imkanlarını araşdırmaq və zəruri dəstək göstərmək;
- Magistr, doktorant və dissertantların tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə onların uyğun departamentlərlə koordinasiyalı işini mütləq şəkildə təmin etmək;
- Magistr, doktorant və dissertantlar üçün məsləhət saatları və fərdi konsultasiyalar təşkil etmək;
- Magistr, doktorant və dissertantlara lazım olan texniki dəstəyin təmin edilməsini təşkil etmək;
- Tələbə nailiyyətləri (məqalə, mükafat, konfrans təqdimatı, tezisin müvəffəqiyyətlə müdafiəsi və s.) haqqında xəbəri vaxtında və uyğun şəkildə redaksiyaya təqdim etmək.
Bölmənin tədqiqatla bağlı vəzifələri
- Universitetin akademik heyəti arasında orijinal tədqiqat və təqaüd proqramlarının inkişaf etdirmək;
- Departamentlərlə birgə cəmiyyətdə tədqiqatların aparılmasına ehtiyac duyulan sahələrin müəyyən edilməsi sahəsində iş aparmaq;
- Elmi konfransların təşkilində, fakültə və departamentlərlə birgə iş aparmaq;
- Universiteti əməkdaşlarının elmi nəşrlər, qrantlar və digər tədqiqatyönümlü fəaliyyətlərinin qeydiyyatını aparmaq və saxlamaq;
- Tədqiqata dəstək potensialının inkişaf etdirilməsi ilə bağlı kitabxana ilə birgə iş aparmaq;
- Tədqiqatların uğurla həyata keçirilməsi üçün zəruri hallarda müvafiq milli və beynəlxalq qurumlarda iştirakı təmin etmək;
- Universitetin nailiyyətləri və tədqiqat fəaliyyəti ilə bağlı elanlar hazırlamaq;
- Universitet rəhbərliyi və nazirlik üçün zəruri elmi hesabatları hazırlamaq;
- Universitetin professor-müəllim heyətinə qrantlar və digər mümkün tədqiqatlara qoşulmaqda dəstək vermək, qrantların idarə olunmasında uyğun qurumlara yardım etmək;
- Elmi adların verilməsi üçün müvafiq sənədlərin hazırlanması və Ali Attestasiya Komissiyasına göndərilməsi işini təmin etmək.