XƏZƏR UNİVERSİTETİ
MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİ
ZƏRGƏRLİK
FƏNNİNİN
T ə d r i s P l a n ı
Bu iş planı zərgərlik fənninin tədrisi zamanı əsas istiqamət verici sənəd olduğundan, tələbələrin bu sənədlə yaxından tanış olması vacib hesab edilir.
Müəllim haqqında qısa məlumat:
Xuraman Məmmədova Əbilhəsən qızı 1974 cü il Bakı şəhərində anadan
olmuşdur.1981-1989cu illərdə 172 saylı orta məktəbi bitirmişdir.1989-1993 cü illərdə Əzim Əzimzadə adina rəssamlıq texnikumunun bədii tərtibat fakültəsini bitirmişdir.1993-1997 ci illərdə Azərbaycan Dövlət Mədəniyyə və İncəsənət Universitetinin toxuculuq və yüngül sənaye mallarının bədii layihələşdirilməsi fakültəsini bitirmişdir. 1998-2000 ci illərdə “Aysel” zərgərlik kicik müəssəsində müdir müavini vəzifəsində calışmışdır.
1999-cu ildə Bakı Əyləncə mərkəzində zərgərlik işlərinin sərgisi keçirilmişdir.
2007 ci ilde İnternational Gemological Institute-nun professional jewellery kursuna daxil olmuşdur.
2005-2008 ci illərdə Birləşmiş Ərəb Əmirliyinin Dubai şəhərinde ‘Abilhasan Salmanov Jewellery’ sirkətində zərgər dizayner vəzifəsində çalışmışdır.
O illərdə “ Diamonds Are Women Best Friend” ( Almazlar qadınların en yaxın rəfiqəsidir) adlı sərgisini keçirmişdir.
Azərbaycanın böyük dramaturq-şairi Hüseyn Cavidin portretini ipək üzərində xırda muncuqlarla işləmişdir. Har hazırda muzeydə yerləşir.
2013 cü ildə Park İn Hotelində ‘Ümid var’ fərdi xeyriyyə resm sərgisi keçirilmişdir.
2014 ci ilde Abşeron rayon Qobu qəsəbəsinin Sənətkarlıq evində direktor vəzifəsində calışmışdir.
Əsas Dərsliklər
1) S.D . Əsedova - Azərbaycan Zərgərliyində şəbəkə nümunələri
2) M.S. Qaşqay Ə.İ. Mahmudov – Qiymətli və yarımqiymətli rəngli daşlar – 1973
3) B.Ə.Rəcəbova - Azərbaycanın orta əsr qadın bəzəkləri ( 4 – 13 əsrlər ) - 2000
4) R.H. Ələsgərov – Zərgərlik məmulatlarının istehsalatı üçün materiallar – 1997
5) В. Шуман – Мир камня Драгоценные и поделочные камни – 1986
6) Azərbaycan incəsənəti 6 - 1959
Fənnin məqsədi:
Dekorativ – tətbiqi sənət:
Dekorativ – tətbiqi incəsənəti ustalarının qarşısında duran əsas vəzifələrdən biri, milli sənət irsimizin dəyərli ənənələrmizdən yaradıcılıq boyu istifadə edib gözəl və zövqlü əsərlər yaratmaqdir. Bu zəngin irsin mütereqqi cəhətlərini tənqidi suretde öyrənməyini Dekorativ – tətbiqi sənət rəssam və ustalarinin get – gede artmaqda olan zövqünün və kamil əsərlər yaradılmasınn böyük əhəmiyyəti vardir. Ona görə milli sənətimizin tətbiqi ilə yanaşi bədii xüsusiyyətlerini təhlil etmək vacib məsələlərdəndir. Bu sahədə yaradilan hər bir sənət əsəri rəssam və ustalarimizin yaradıcılıq metodunu zənginləşdirməklə bərabər, faydalı və ideoloji əhəmiyyəti olan Dekorativ – tətbiqi incəsənəti əsərlərinin yüksək səviyyədə inkişafına da kömək edə bilər
Ornament :
Azərbaycan xalq tətbiqi sənətində müxtəlif növ naxışlarn kompozisiya xüsusiyyətləri və müxtəlif əndazəli və formali Dekorativ – tətbiqi sənət növlərinin bədii tərtibaı prinsipləri öyrenilir. Əsas etibarı ilə müxtəlif əsrlərə aid xalq sənətlərində tətbiq edilmiş esas ornament qruplarinin kompozisiya qurluşlari prinsiplərinin müxtəlifliyi və zənginliyi nümayiş etdir .
Zərgərlik :
“Zərgərlik” insanın bəzəyərək istifadə etdiyi əşyalar içərisində metaldan düzəldilmiş məmulatlar əhəmiyyətli yerlərdən birini tutur. “Bədii metal” sənəti Azərbaycan Dekorativ-tədbiqi sənətin əsas qollarında biridir. Bu sənət növü özündə incəsənətimizin bir çox qollarını birləşdirərək sintez yaratmışdır. Bədii metal sənətində əsrlər boyu müxtəlif sənət növləri ilə vəhdət halında tədbiq edilmişdir.
Məlum olduğu kimi Zərgərlik, incəsənət sahələri içərisində özünəməxsus yeri olan həmişəyaşar milli sərvətlərimizdən biridir. İnsanın onu əhatə edən dünyanı daha yaraşıqlı etmək istəyi kimi təbii ehtiyaclarından doğmuş bu sənət xalqların coğrafi, iqlim, iqtisadiyyat, daha sonra mədəniyyət, din və s. fərqləri fonunda formalaşaraq özündə minilliklərin izlərini daşıyır. Xalqın milli sərvəti olmaqla yanaşı, zərgərlik həm də qədim və gözəl ənənələrin yaşadılmasına və dərk edilməsinə kömək edir. Belə maraqlı və çoxcəhətli sənətin tədrisi, və xüsusən də tələbələrin qiymətləndirilməsi özünəməxsusluğu ilə seçilir.
Uzun illər ərzində aparılan arxeoloji qazıntı işləri nəticəsində toplanmiş zəngin maddi mədəni nümunələri içərisinə bəzək eşyalarıda özünə məxsus yer tutur. Bu zəngin bəzək eşyalari bütövlükdə zərgərlik sənəti haqqında fikir söyləməyə imkan verir. Indi təkcə qadin geyimini bəzəyən bəzək eşyalarindan qədim dövrlərdə kişilərdə istifadə edirdilər. Bu ondan irəli gəlirki, həmin dövrdə insanlarin istifadə etdikləri bəzək eşyaları təkcə estetik baxımdan deyil , həmdə dini sitayiş xarakteri daşıyırdı.
Dini ideologiyanin formalaşması ilə insanların bəzək eşyalarına olan münasibətləri dəyişmiş, ayin və mövhumi xrakter daışiyan bilərzik , sırğa, muncuq, kəmər və başqa bəzək eşyalari tədricən qadınların əsas bəzəyinə çevrilmişdir.
Bəzək əşyalarının təsnifatı :
1) Baş bəzəkləri , 2) Döş bəzəkləri , 3) Qol bəzəkləri , 4) Geyim bəzəkləri
Daşların təsnifatı:
Qədim və orta əsr mədəniyyət tarixinə dair daşlardan duzəldilmiş eşyalari aşağidakı qruplara bölmək olar:
1) Daşların məişətdə əhəmiyyəti ;
2) Bəzək daşlari;
3) Müqəddəs daşlar və onlara dindarlarin sitayişi;
4) Məmulat daşlari;
5) Üzlük daşlari;
6) Yazılı və rəsm ifadəli daşlar;
7) Möhür daşlari;
8) Inşaat daşlari;
9) Dekorotiv daşlar;
10) Memarliqda işlənən daşlar;
11) Senayə əhəmiyyətli daşlar;
12) Mozaika incəsənətində işlədilən daşlar;
13) Daşlar haqda əfsanələr;
14) Daşlar poeziyada.
Bəşəriyyət tarixində insanlarımaraqlandıran məsələlərdən biri də daşlar və onların rengarengliyi olmüşdür. Daşlar , o cümlədən qiymətli və yarım qiymətli rəngli daşlar haqqında təsəvvür hələ daş dövründən arxeoloji qazma işləri zamanı yaradılmışdır. Qazıntılar nəticəsində tapılan paleolit ( qədim daş ) , neolit ( yeni daş ), eneolit ( daş – metal ) dövrləri və tunc dövrünə aid olan daş və metaldan düzəldilmiş əşyalar ov və müharibə zamanı işlənən alətlərin qalıqlarıdır.
Daşlar haqqinda yazılı məlumatlar 8 – 10 min il bundan əvvəl də daş üstü yazılarda,
son 2 –5 min ildə başqa yazı formalarında, xususən mixi xətti və heroqliflərdə verilmişdir.
Qədim zamanlardan bəri daşların istifadəsi və iqtisadiyyatı ilə əlaqədar onların emalı mühüm məsələlərdən biri olmuşdür. Daşların forma və fiziki xassələrini nəzərə almaqla onların emalı inkişaf eddirilmiş, zərgərlik , mozaika ,ornament və sairə sənətlər yuksək səviyyəyə çatmışdır.
Qiymətli və yarimqiymətli rəngli daşlardan hazırlanmış məmulatlar hələ qədimdən xəzinələrdə, muzeylərdə, baş kilsələrdə, böyük məsciddə saxlanilir.
Zərgərlik peşəsi üçün praktiki rəhbərliklər:
1) Zərgərlik məmulatlarının istehsalı üçün materiallar.
2) Hazırlayıcı ücün praktiki rəhbərlik.
3) Quraşdırıcı – zərgər üçün praktiki rəhbərlik.
4) Bərkidici - zərgər üçün praktiki rəhbərlik.
5) Dekorativ müdafiə örtükləri.
6) Cilalayıcı – zərgər üçün praktiki rəhbərlik.
7) Zərgərlik məmulatlarının assortimenti və klassifikasiyası.
Zərgərlik kursunda tələbələr Dekorativ sənət üzrə işləyən rəssam və ustaların əl işləri ilə tanış olur, həmçinin tələbələr gələcək yaradıcılıq fəaliyyətində çox əhəmiyyətli olan metalın bədii emalında istifadə olunan son texnoloji naliyyətlərlə, dəzgahlar və digər avadanlığlarıda öyrənir. Zərgərlik sahəsini öyrənən tələbələr təkcə metal deyil həm də iş prinsipində istifadə olunan digər material və alətləri tanımalıdırlar. ən mühüm mərhələlərdən biridə tələbələrin metalların fiziki və dekorotiv xassələrini mənimsəməsidir. Mərhələ mərhələ keçdikləri, gördükləri hər yeni texnologiya, hər yeni üslub gələcəkdə tələbəlkərin fikirlərini daha geniş və daha dərin çatdırmağa əhəmiyyət göstərir. Fənnin ən vacib məqsədi tələbənin estetik zövqünü zənginləşdirməkdir.
Zərgərliyin qeyri ixtisas fəni kimi tədris olunduğu Xəzər universitəsində qiymətləndirmə prinsipləri həm müxtəlif Rəssamlıq akademiyalarının həm də “Baloniya” prinsiplərinin metodoloji əsaslarına dayanır. Məlumdur ki, İncəsənətin sintetik növü olan zərgərlik üzrə işlər profil təhsil müəssisələrində müxtəlif istiqamətlərdə ixtisaslaşmış rəssamlardan ibarət komisiya tərəfindən sərgi-baxışlar gedişində qiymətləndirilir. Bu ənənəvi üsul Xəzər universitəsində əsasən yekun sərgilər formasında saxlanılmaqdadır. Amma, bizim nəzərdən keçirdiyimiz halda universitə təhsilində incəsənət fənnlərinin məqsədi bir qədər başqa olduğu üçün tələbənin bilik və bacarıqlarına verilən tələblər də fərqlidir. Burada son məqsəd kimi, tələbənin bu və ya digər incəsənət sahəsində ixtisaslaşması, professional sənətkar kimi formalaşması deyil, hərtərəfli mütəxəssis olaraq ilkin, öncül sənət bilgilərinə yiyələnmə, zəruri estetik zövqün formalasması və digər bu kimi tələblər ön plana çəkilir.
İncəsənət sahələrinin seçmə fənn kimi tədris olunduğu bizim universitədə tələbənin müvəffəqiyyəti zərgərlik üzrə də 100 ballıq sistemlə qiymətləndirilir. Qiymətləndirilmənin prinsipləri beynəlxalq təcrübəyə və xüsusen, zərgərlik fəninin tədris olunduğu digər xarici təhsil müəssiələrinin təcrübəsinə müvafiqdir. Eyni zamanda Azərbaycanda zərgərlik fənninin tədrisi üzrə maraqli təcrübə toplamiş Az. Dövlət Rəssamliq Akademiyasi memarliq və dizayn fakültəsi dekorativ tətbiqi sənət kafedrasinın, metal ixtisasi tədrisində istifadə olunan prinsiplər də departamentimizdə araşdırılıb mənimsənilmişdir.
Qəbul etdiyimiz qayda üzrə hər bir tələbə semester ərzində fərdi şəkildə ən azı bir iş tamamlamalidir. Belə bir işin başa çatdırılıb universitə sərgisinə təqdim olunmasi əsas şərtdir. Işin icrasinin birinci mərhələsi semestr başladiqdan altı həftə sonra araliq imtahani gedişində komissiya tərəfindən müzakirə olunub qiymətləndirilir.
Araliq imtahani 25 balla qiymətləndirilir. Bunlardan 15 ball praktiki işə gorə, 10 bal isə iş ətrafindakı suallara cavablar əsasinda verilir.
Final imtahani 40 balla qiymətləndirilir, bunlarinda 30 bali praktiki işin nəticəsi, 10 balı zərgərlik fənninin nəzəri suallara cavablar əsasinda veilir.
Nəzəri suallara zərgərlik sənətinin ümumi əsasları, Azərbaycan zərgərliyinin xüsusiyyətləri, zərgərlik sənətinin tarixi, istifadə olunan texniki vasitələr, metal, dash, minerallar və reaktivlər haqqa əsas anlayişlar daxildir. Buraya təsnifat, texnoloji xüsusiyyətlər, zəruri fiziki-kimyavi göstəricilər tarixi əsaslar və bu kimi daxildir. Bu biliklər mühazirə gedişində tələbələrə çatdırılır, əldə olan ədəbiyyat, o cümlədən, universitə jurnalında dərc olunmuş məqalələrlə təmin olunur.
Fəalliq və dərslərdə iştirak - ayrıca 10 balla qiymətləndirilir və yekun imtahanına buraxılış ücün zəruridir. Tələbə dərs geişində mühazirələri dinləyir, qeydlər aparır, tələb olunan bilik və vərdişləri mənimsəmək üçün müəllimin tapşırıqlarını yerinə yetirir. Müəllim praktik iş və nəzəri dərslər gedişində tələbənin fəallığının qeydiyyatını aparıb smestrin sonunda yekunlaşdırır.
Labaratoriya işi 25 balla qiymətləndirilir. Belə iş – proyekt kompyuterdə hazirlanir və power point prezentasiya şəkilində təhvil verilir.
Prezentasiya ən azi 10 slayddan ibarət olmalidir.
1-ci slayt - titul, tələbənin ozünü və işini təqdim edən ad, mətn və qrafik obyekdən ibarətdir
2-ci slayt - işin eskizi, daha sonra işin – məmulatin müxtəlif proyeksiyalari, elementləri və rəng həllərini əks etdirir.
Növbəti slaydda qisa tarixi məlumat və hazirlanan məmulat haqda informasiya verilir.
Sonrakı slaytlarin hər biri işin icrasının – məmulatin hazirlanmasının ayri- ayri ardıcıl mərhələlərini əks etdirir. Bura materialın (mineralların və metalların) secilməsi və hazırlanması, məmulata sərf olunan materialın, itgilərin və. s . həsablanmasi, klassifikasiya, texnoloji proseslər və s. aiddir.
Proyektin – lobaratoriya işinin qiymətləndirilməsi gedişində prezentasiyanın ümumi keyfiyyəti ilə yanaşi eskizlərin düzgün qurulması və mövzunun tam əhatə olunması nəzərə alinir.
Dərslərin 30 %-indən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır .
Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesi
tələbələrdə zərgərlik haqqında bitkin və obyektiv təzəvvür yaradacağ
tələbələrə dünya və azərbaycanın etnik zərgərlik sənətinin yaranması tarixi və inkişaf mərhələləri haqqında məlumat veriləcək.
tələbələrə zərgərlikdə tədbiq edilən texnikaların (şəbəkə, mina, bərkitmə, quraşdırma, tökmə) istifadə qaydaları öyrədiləcək.
Qiymətləndirmə
Semestr ərzində iki imtahanın keçirilməsi nəzərdə tutulur. Imtahanın keçirilmə tarixi haqqıda məlumat dərs zamanı veriləcəkdir. Qiymətləndirmə qaydası aşağıdakılardır:
Yoxlama
Aralığ imtahanı 25%
Yekun imtahan 40%
Ümumi 100%
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr hər hansısa bir səbəbdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakultə dekanına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və digər dərs pozuntuları.
Dərsə 5 dəqiqədən artıq gecikən tələbələr dərsə buraxılmır. Buna baxmayaraq, tələbə 2-ci dərs saatına buraxıla bilər.
Qabaqcadan baxış
Müəllimə və dekana öncədən məlumat verilən səbəblərdən qabaqcadan baxışda iştirak etməyən tələbə növbəti həftə baxışda iştirak edə bilər.
Imtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtaha buraxılması ilə bağlı bütün məsələlər fakultə rəhbərliyi tərəfindən həll olunur.
Fənni bitirmək qaydaları
Universitetin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və yuxarı hesab edilir. Kəsri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən yenidən götürə bilər.
Imtahan qaydalırın pozulması
Qabaqcadan baxış və yekun imtahalar vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq qadağandır. Bu qaydaya qiymət verməyən tələbələrin imtahan işi ləvğ olunur, və tələbə 0 qiyməti ilə imtahandan kənarlaşdırılır.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkət etmək qadağandir. Həmçinin tələbələrin icazəsiz müzakirələri və mobil telefondan istifadəsi qadağandır.
Tədris metodları
- Tədris prosesində aşağıdakılar nəzərdə tutulur.
- Mühazirələr mövzu əsasinda müzakirələr
- iş texnikasının təkminləşdirilməsi məqsədi ilə mütəxəsislərin dərslərə dəvət edilmısi