“Güzgü günü” müəllifinin “Güzgü dərs”i

2019-cu il mayın 10-da tənqidçi, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Rüstəm Kamal Xəzər Universitetində “Yaradıcı yazı” fənninin qonağı oldu. Humanitar, təhsil və sosial elmlər fakültəsi Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Suqra Əliyevanın ədəbiyyatşünas alim haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları “Dərs özü yaradıcılıq aktıdır. Əgər yaradıcılıq aktına çevrilməsə, o, dərs deyil,”– anonsu ilə verəcəyi şərhlərin səciyyəsini bəyan edən R.Kamalın “Nəsr əsərində süjet xəttinin seçimi üsulları, süjet instinktinin formalaşdırılması. Dünyada və Azərbaycanda romançılıq” mövzusunda mühazirəsini dinlədilər. Eyni zamanda, dialoq təklif edən qonaq tələbələrdən Sonaxanım Nağızadə, Pinar Məmmədzadə, Fəridə Həsənli, Sadiq Mirzəyevin suallarını cavablandırdı və S.Əliyevanın lirizmi ilə seçilən “Yanlış seçim” adlı minimalist hekayəsinə münasibətini bildirdi.

Yaradıcı yazı Rüstəm Kamaldan kam aldı,” –deyə açıq dərsi obrazlı şəkildə ümumiləşdirən tələbələrə filoloji esselər toplusu “Güzgü günü” kitabını bağışlayan ədəbiyyatşünas alimin keçdiyi ustad dərsi, əslində, bir “Güzgü dərs”inə çevrildi.

Film about Khazar University