Doktorantın iki məqaləsi çap olundu

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Babazadənin iki məqaləsi xarici jurnallarda çap olunmuşdur. 2018-ci ilin mayında Taras Şevçenko adına Kiyev Milli Universitetinin “МОВА I KУЛЪТУРА” (ISSN 2522-493X) jurnalında “Tarixi romanlarda reallıq və bədii reallığın əks olunması” (“Отражение действительности и художественной правдивости в исторических романах”) adlı məqaləsi dərc olunub.

2019-cu il fevralında isə “Sosial realizmin ilkin mərhələsində rus və Azərbaycan tarixi romanların inkişaf problemləri”) (“Problems of Development of Russian and Azerbaijani Historical Novels at The Initial Stage of Social Realism”) adlı məqaləsi Hindistanın impakt faktorlu “Asian Journal of Science and Technology” (ISSN: 0976-3376) jurnalında çap olunmuşdur. İmpakt faktor göstəricisi 6,946-dır (2017).

Film about Khazar University