2016-cı il aprelin 21-də “Dünya” məktəbində 11-ci sinif şagirdləri ilə Xəzər Universiteti rəhbərliyinin görüşü keçirildi. Məktəbin direktoru Mərufə xanım Mədətli qonaqları səmimi qarşılayaraq, şagirdlərə təqdim etdi və şagirdlərin Xəzər Universitetini yaxşı tanıdığını bildirdi.
Sonra sözü universitetin rektoru Hassan Niknafsa verdi. Şagirdlərlə görüşdə Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Beynəlxalq münasibətlər və siyasi elm departamentinin müdiri Muxtar Hacızadə və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, universitetin tələbəsi Aslan İsaxanlı və digərləri iştirak etdilər.
Universitetin rəhbərliyi və tələbələr şagirdləri maraqlandıran bütün suallara cavab verdilər. Sonda məktəbin təsisçisi Nailəxanım İsayeva və məktəbin direktoru Mərufə Mədətli maraqlı görüş üçün məktəbin kollektivi adından universitet rəhbərliyinə təşəkkür etdilər.