Aprelin 21-də“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində çalışan və tələbələrlə birbaşa ünsiyyətdə olan inzibatı işçilər üçün təlim-seminar həyata keçirildi. Təlimçi Rima Məmmədova (layihə rəhbəri) iştirakçılara əlillik, onunla əlaqədar olan qanunvericilik, əlilliyi olan şəxslərlə ünsiyyət və inkluziv təhsil haqqında geniş məlumat verdi. R.Məmmədova, həmçinin, ESFİDİP layihəsi və layihə çərçivəsində yaradılmış “Əlilliyi olan Tələbələr üçün Mərkəz” haqqında məlumat verdi.
Tədbir zamanı mövzu ətrafında fikir mübadiləsi aparıldı və iştirakçıların suallarına cavab verildi.