2016-cı il aprelin 18-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 66-cı məşğələsi keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlayaraq, Macarıstanın Szegedi Universitetinin professoru İstvan Zimonyini tədbir iştirakçılarına təqdim etdi, onun həyatı və yaradıcılığı haqqında məlumat verdi.
İstvan Zimonyi “Avropada köçəri xalqlar: erkən orta əsr Avropa tarixinin təşəkkülündə macarların və türklərin rolu” adlı məruzə ilə ingilis dilində çıxış etdi və Fərda Əsədov onun fikirlərini tərcümə ilə iştirakçılara çatdırdı. Məruzə ətrafında müzakirələr oldu. Müzakirələrdə Hamlet İsaxanlı (Xəzər Universiteti), Güllü Yoloğlu ( AMEA-nın Etnoqrafiya İnstitutu), Faiq Ələkbərov (AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu), İsmixan Osmanlı (AMEA-nın Etnoqrafiya İnstitutu), Şahin Mustafayev (AMEA-nın Şərqşünaslıq İnstitutu), Səbinə Nemanzadə (AMEA-nın Əlyazmalar İnstitutu), Asif Bayramov (Azərbaycan Universiteti), Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), Sevda Süleymanova (AMEA-nın Şərqşünaslıq İnstitutu), Fərhad Quliyev (AMEA-nın Arxeologiya İnstitutu) və digər alimlər iştirak etdilər.
Məclisin sonunda macar alim bir çox kitablarını Xəzər Universitetinin kitabxanasına yerləşdirlməsi üçün Hamlet İsaxanlıya təqdim etdi. H.İsaxanlı qonağa öz adından və Azərbaycanın tanınmış alimləri adından dərin təşəkkürünü bildirdi.