2016-cı il aprelin 16-da Xəzər Universitetindən bir qrup müəllim və tələbə Hövsan kəndindəki 118 nömrəli məktəbə səfər etdilər. Görüşün əsas məqsədi universitet və məktəb arasında daimi əlaqələrin yaradılması idi. Öncə Xəzər Universitetinin müəllimləri və tələbələri məktəb şagirdlərinin təşkil etdiyi əl işləri sərgisi ilə tanış oldular. Daha sonra müəllimlər – Rövşən Abbasov, Qəşəm Zeynalov, Yeganə Balamedova, Nərmin Fətəliyeva, tələbə Əhməd Usama məktəb tələbələri qarşısında çıxış etdilər və Xəzər Universitetində tələbə olmağın üstünlüklərindən danışdılar.
Məktəbin müəllimi, təcrübəli pedaqoq Rəhilə Hacıyeva qonaqlara təşəkkürünü bildirdi və Xəzər Universitetini Azərbaycanın ən yaxşı universiteti adlandırdı.