2016-cı il aprelin 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Space” televiziya kanalında oldu, kanalın rəhbəri Vaqif Mustafayevlə görüşdü. Görüşdə Xəzər Universiteti və “Space” kanalının gələcək əməkdaşlıq ideyaları müzakirə olundu.