2016-cı il martın 17-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə Uğur İnkişaf Mərkəzinin psixoloq-konsultantı Nərgiz Qaravəliyeva ilə təlim keçirildi. Təlimçi tələbələrə effektli ünsiyyət qurmaq bacarıqları haqqında məlumat verdi. Həmçinin, təlimdə ünsiyyət modelləri, insanlar arasında ünsiyyət, ünsiyyət sistemində əsas və vacib faktorlar, ünsiyyətdə “Sən” dili, “Mən” dili, effektli ünsiyyət qurmağa maneə törədən faktorlar mövzularına da toxunulmuşdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.