2016-cı il aprelin 14-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq layihəsinin təqdimatı keçirildi. Layihədə innovativ ofislə, müxtəlif texniki dəstəklə, startup-ların biznesə çevrilməsi üçün xüsusi individual proqramlar və Azercell tərəfindən İKT, hüquq, maliyyə, biznesin inkişafı və marketinq konsultasiyasının təmin edilməsi haqqında geniş məlumat verildi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.