2016-cı il aprelin 13-də Beynəlxalq Əlaqələr Şöbəsi Xəzər Universiteti ilə tərəfdaşlıq edən Polşanın Varşava Biznes Məktəbindəki cari mübadilə proqramları haqqında təqdimat keçirdi. Təqdimat İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdu və iki hissədən ibarət idi: Polşadakı mübadilə proqramları və Polşa haqqında məlumat.
İlk olaraq, Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova təqdimata başladı və Polşadakı mübadilə proqramları, xüsusən də, seçim şərtləri, tədris proqramları və seçim prosesi haqqında məlumat verdi. Hazırda Xəzər Universitetində müstəqil tədqiqatçı kimi fəaliyyət göstərən polşalı Yuliya Krajcarz isə Polşa barəsində təqdimat keçirdi. O, öz ölkəsi, onun paytaxtı və əsas görməli yerləri, görkəmli polşalılar və s. haqqında danışdı.
Təqdimat sual-cavab sessiyası ilə başa çatdı.
Hal-hazırda
Xəzər Universitetində Varşava Biznes Məktəbinin magistr tələbəsi bir semestrlik
mübadilədə iştirak edir – Anna Qozdziyeviç Beynəlxalq iqtisadi münasibətlər
proqramının ikinci kurs tələbəsidir. Bu mübadilə iki universitet arasında
imzalanmış ikitərəfli müqavilə əsasında mümkün olmuşdur.