2015-ci il yanvarın 12-də Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarıvəllinin müxtəlif janrlarda olan rəsm əsərlərindən ibarət sərgisinin açılış mərasimi keçirildi.
Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı rəssamın yaradıcılığı xaraktərizə etdi.
Qeyd edək ki, Hamlet İsaxanlının “Yadındamı” şeiri əsasında Q.Sarıvəllinin çəkdiyi qrafika əsəri də sərgiyə daxil edilmişdi.