2015-ci il dekabrın25-də Azərbaycan Dövlət Tibb İnstitutunun Dissertasiya Şurasında Xəzər Universitetinin Tibb fakültəsini tibbi biologiya ixtisası üzrə bitirmiş Samirə Kələntərli “Süd vəzisi xərçəngində immunohistokimyəvi markerlərin Ki67 və PHHZ morfometrik xüsusiyyəti”mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.
Dissertasiya Şurası S. Kələntərliyə tibb elmləriüzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmaq haqqında yekdil qərar qəbul etmişdir.
Məzunumuzu təbrik edir, ona yeni uğurlar arzulayırıq.