Dekabrın 26-da Xəzər Universiteti “Dünya” məktəbinin konsert salonunda görkəmli dramaturq Cəfər Cabbarlının anım günü keçirildi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxankı, AMEA-nın vitse - prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Əməkdar jurnalist Asif Rüstəmli, dramaturqun ailə üzvləri – qızı Gülarə xanım Cabbarlı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru,nəvəsi Qəmər Seyfəddinqızı, respublikanın ədəbi və elmi ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, media mənsubları iştirak edirdilər.
İlk olaraq tamaşaçılara dramaturqun haqqında film nümayiş etdirildi. ədibin həyatı və yaradıcılığı müəllim və şagird kollektivi tərəfindən səhnələşdirilmiş formada tamaşaçılara təqdim olundu.
H. İsaxanlı, İ. Həbibbəyli, A. Rüstəmlivə Q.Seyfəddinqızı çıxış edərək, dramaturqun yaradıcılığından söhbət açdılar. Natiqlər məktəb kollektivi tərəfindən tamaşanın qoyuluşunu təqdir etdilər və bunu ictimai hadisə adlandırdılar.
Tədbirin sonunda respublikanın tanınmış incəsənət ustaları tərəfindən Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar ifa olundu.