2016-cı il aprelin 6-da Xəzər Universitetində NİZAMİ ERASMUS+ “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanı tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində əməkdaş universitetlərin görüşü davam etdirildi. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Azərbaycanda doktorantura təhsili qəbulu və tələbləri haqqında, Fatih Universitetinin əməkdaşı Dr. Fikret Tuna isə Türkiyədə doktorantura təhsilinin strukturu barədə danışdılar.
Tədbirdə, həmçinin, Masarykova Universitetin əməkdaşı Dominika Hobzova çıxış edərək, Çexiya Respublikasında doktorantura təhsili haqda ətraflı məlumat verdi. Çıxışlar zamanı müxtəlif ölkələrin doktorantura təhsilinin strukturu müqayisəli şəkildə ətraflı müzakirə edildi. Xəzər Universitetində iki gün gedən bu tədbiri layihənin koordinatoru Fransanın Montpellier Universitetinin əməkdaşı Dr Veronika Montero yekunlaşdırdı.
Konfrans öz işini aprelin 7-si və 8-də Bakı Dövlət Universitetində davam etdirəcək.