2016-cı il aprelin 6-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “International Group for Educational Consultancy” (IGEC, Təhsil Məsləhəti üzrə Beynəlxalq Qrup) şirkətinin nümayəndələri ilə universitetinin “Neftçilər” kampusunda görüşdü.
IGEC şirkətini İordaniyadakı Baş ofisinin regional direktoru Dr. Derar H. Balavi və Bakı ofisində çalışan Xaricdə Təhsil üzrə direktor Ülviyyə Cəlilzadə təmsil edirdi. Xəzər Universitetindən görüşdə, həmçinin, rektor Dr. Hassan Niknafs və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova iştirak edirdilər.
Görüşdə əməkdaşlıq imkanları müzakirə olundu.