2016-cı il aprelin 8-də İnkişaf Mərkəzinin təşkilatçılığı, kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə aparıcı ekspert Rəşad Bayramovun iştirakı ilə Xəzər Universitetində “İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı təqdimat keçirildi. Tədbirdə universitetin tələbələri və əməkdaşları iştirak edirdilər.
Təqdimat qarşılıqlı diskussiya şəklində keçdi, tələbələr tərəfindən böyük maraqla qarşılandı və yüksək qiymətləndirildi.