Xəzər Universitetinin məzunu Anar Rzayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində rəis müavini təyin edilib.
Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci tədris ilində ACTP tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək, ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin (Syracuse University) Yutika Kollecində təhsil alıb.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək, Beynəlxalq İqtsiadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasına dissertant kimi təhkim edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.
1996-cı ildə Şotlandiyanın OBC Transport şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək DİALOG Freigşt İNTL ABŞ-Rusiya birgə müəssisəsinin Baş meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın Van der Wal International Transport Baku şirkətinin Baş direktoru vəzifəsində çalışıb.
2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə “Moskviçtexxidmət” ASC -nin idarə heyətinin sədri vəzifəzində çalışıb.
2014-cü il fevral ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in Beynəxalq iqtisadiyyat (ingilis dilində) kafedrasının dosentidir.
2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.
2015-ci ilin oktyabrında “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2021-ci il avqustun 4-də olke.az, yenisabah.az və digər çoxlu saytlar bu barədə xəbər dərc edib.
https://olke.az/olke/239487/danx-da-yuksek-vezifeye-teyinat/
https://yenisabah.az/yuksek-vezifeye-teyin-edilen-anar-rzayev-kimdir