Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın növbəti məqaləsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında olan Azərbaycan Respublikası Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalınının 2021-ci il cild 88, 3-cü nömrəsində çap edilmişdir.
Məqalədə Covid19 pandemiya dönəmində universitet tələbələrinin psixi sağlamlıqlarına təsir edən faktorlar tədqiq edilmişdir.