2021-ci il iyulun 26-da Moderator.az İnformasiya Agentliyi Leyla Rüstəmlinin “Kəmər və Yol Təşəbbüsü: Çinin Cənubi Qafqazda artan rolu və Azərbaycan-Çin münasibətləri” adlı analitik məqaləsini dərc etmişdir.
Azərbaycanla Çin arasında Kəmər və Yol Təşəbbüsü (KYT) əsasında inkişaf etməkdə olan hərtərəfli əlaqələrdən bəhs edən məqalədə mədəniyyət və təhsil sahəsinin inkişafına Xəzər Universitetinin də Konfutsi İnstitutu və Çin mərkəzi vasitəsilə töhfələr verməsi qeyd olunur.