Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova 2021-ci il iyulun 1-2-də ADA universiteti tərəfindən təşkil edilən 5-ci Beynəlxalq Təhsil Konfransında “Psixoloqların peşə bacarıqlarının formalaşmasında superviziyanın rolu” adlı tədqiqat işi ilə çıxış etmiş və verilən sualları cavablandırmışdır.
Konfransda təhsil sahəsindəki ən son yeniliklər, təhsil sahəsində yaşanan çətinliklər müxtəlif müstəqil tədqiqatçılar tərəfindən müzakirə edilmişdir. Eyni zamanda, Covid-19 dönəmində təhsil sektorundakı ümumi çətinliklərin həlli istiqamətində də fikir mübadiləsi aparılmışdır.