DOSENT MUSTAFA AYDIN
PREZİDENT
İdarə Heyəti üzvümüz və dəyərli dostum Prof. Dr. Hamlet İsaxanlının sevimli həyat yoldaşı Nailəxanım İsayevanın vəfatı bizi dərindən sarsıtdı.
“EURAS” İdarə Heyəti və üzvləri adından Xəzər Universitetinə, həmkarlarına, dostlarına və ilk növbədə Nailəxanım İsayevanın ailəsinə və həyat yoldaşı Prof. Dr. Hamlet İsaxanlıya başsağlığı verib, səbr diləyirik.
Bakıdakı görüşümüz zamanı “EURAS” İdarə Heyəti üzvləri ilə xoş münasibətini və xüsusən də qonaqpərvərliyini heç vaxt unutmarıq.
Nailəxanımı Xəzər Universitetindəki fədakar əməyinə və illər ərzində dəstək verdiyi ali təhsildəki səmərəli fəaliyyətinə görə daima xatırlayacağıq.
Allah rəhmət eləsin!
Şərq-Qərb Tədris Universiteti
Gürcüstan
Şərq-Qərb Tədris Universiteti dərin təəssüflə bildirir ki, 2021-ci il aprelin 3-də görkəmli pedaqoq və təhsil təşkilatçısı, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlının həyat yoldaşı Nailəxanım İsayeva vəfat etmişdir.
Nailəxanım İsayevanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Cənab Hamlet İsaxanlıya və ailəsinə dərin hüznlə başsağlığı veririk.