2021-ci il martın 1-5-də ABŞ-ın Oklahoma Universitetinin (University of Oklahoma) Mikrobiologiya və bitki biologiyası departamentinin professoru Michael J. McInerney Xəzər Universitetinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “Anaerob mikroorqanizmləri istifadə edərək tullantıların təmizlənməsi və enerji istehsalına yönəldilmiş innovasiyali həllər” adında onlayn təlim keçmişdir.
Təlimdə anaerobların qidalanması, fiziologiyası, bioyanacaqlar, metan, hidrogen və alkoqollar, mikrobial yağ bərpası prosesi, həmçinin mikroorqanizmlərin kanalizasiya və kənd təsərrüfatı tullantılarını enerjiyə, xüsusən metana çevirmək və çirklənmiş yerləri təmizləmək üçün də istifadə edilməsi haqqında danışılmışdır.
Təlimdə Xəzər Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun alim, mütəxəssis və tələbələri iştirak etmişdir. Təlim ineqrativ keçməklə onların böyük marağına səbəb olmuşdur. Bu təlimdə yerli alim və mütəxəssislər tullantıların, çirklənmiş yerlərin təmizlənməsi, enerji istehsalı üçün mikrobioloji proseslərin istifadəsi haqqında maraqlı, aktual suallar vermiş və bir neçə layihə ideyaları formalaşdırmışlar.