2021-ci il fevralın 26-da Tarix və arxeologiya departamentinin müəllimləri və tarix müəllimliyi ixtisasının tələbələrinin təşəbbüs və təşkilatçılığı ilə “Xocalı soyqrımı və Cənubi Qafqazda erməni terroru” adlı seminar keçirilmişdir.
Seminarda Tarix və arxeologiya departamentinin müəllimləri müxtəlif mövzularla çıxış etmişlər. Virtual seminar zamanı Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisası tələbələrinin sualları cavablandırılmış və məruzə mövzuları üzrə müzakirələr aparılmışdır.