Müharibədən çıxmış qalib ölkə olaraq Azərbaycanda şəhid ailələrinə və eləcə də yaxınlarını itirmiş insanlara psixoloji dəstək proqramlarının əhəmiyyəti artmışdır. Bu məqsədlə Xəzər Universiteti Psixologiya departamentinin təşəbbüsü ilə psixologiya ixtisası tələbələrinə "Ekstremal şəraitdə psixoloji xidmətin təşkili" fənni tədris edilməyə başlanmışdır.
Fənnin tədrisində əsas məqsəd ölkəmizin ehtiyacları istiqamətində bu sahədə də peşəkar bilik və bacarıqlara malik psixoloqların yetişdirilməsinə yardım göstərməkdir. Fənn tələbələrin böyük marağına səbəb olmuşdur. Tələbələr nəzəri biliklərini möhkəmləndirmək məqsədilə cəbhəyanı ərazilərdə ailələrlə həm onlayn psixoloji iş aparacaq, həm də təcrübə qazanacaqlar.