Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq 2021-ci il fevralın 20-də Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilmişdir.
N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani iştirak etmişlər.
B.Əmani “Xəmsə”nin finalı “İskəndərnamə”də humanizm ideyalarının təntənəsindən geniş söz açmışdır.
D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd etmiş, B.Əmaniyə maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləmişlər.