2021-ci il fevralın 19-da Bakı Dövlət Universitetində (BDU) "Qarabağın aran və dağlıq ərazilərində bioloji tədqiqatların perspektivləri" mövzusunda I Respublika vebinarı keçirilib. Tədbirdə AMEA-nın rəhbərliyi və müvafiq institutlarının, ali təhsil müəssisələrinin, o cümlədən Xəzər Universitetinin mütəxəssisləri iştirak etmişlər.
BDU-nun rektoru Elçin Babayevin giriş nitqindən sonra 20-dək məruzə dinlənilmişdir. Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri Asəf Ömərov "Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında xüsusi təhlükəli patogenlər" mövzusunda məruzə etmişdir.
Vebinar təkliflərin irəli sürülməsi və müzakirəsi ilə başa çatmışdır.
Newscenter.az və digər saytlar tədbir haqqında xəbər yaymışlar.