Xəzər Universiteti Kitabxana və İnformasiya Mərkəzi 3 yanvar 2021-ci il tarixindən başlayaraq “Emerald Premier eJournal” Toplusu üzrə bir aylıq odənişsiz istifadə imkanı təklif edir.
Emerald Nəşriyyat əhəmiyyətli tədqiqat işlərinin hazırlanması, seçilməsi və nəşr olunması üzrə dünyada ilk aparıcı rəqəmsal nəşriyyat qurumlarından biridir.
Https://www.emerald.com/insight/ saytı vasitəsilə 310 elektron jurnala giriş imkanı əldə edə bilərsiniz.
Biz çox şadıq ki, təklif etdiyimiz giriş kodu vasitəsilə universitet xaricində də Emerald platforması üzrə abunəliyimizdən istifadə edə biləcəksiniz.
Aktivləşdirmək üçün yeni istifadəçilər Emerald platformasında qeydiyyatdan keçməli və ardından tələb olunduğu təqdirdə aşağıdakı Təşkilati Aktivləşdirmə Kodunu (OAN) daxil etməlidirlər. İstifadəçinin şəxsi hesabı əvvəlcədən mövcud olduğu təqdirdə istifadəçi platformaya bir dəfə daxil olduqdan sonra Təşkilati Aktivləşdirmə Kodunu birbaşa öz şəxsi hesabına yönləndirə biləcək.
Daha ətraflı məlumat üçün kitabxana ilə əlaqə yarada bilərsiniz.