2021-ci il yanvarın 20-21-də Xəzər Universitetinin Türkiyənin Ankara Universiteti və Van Yüzüncü yıl Universiteti, Pakistanın Müasir Dillər Milli Universiteti və Qucarat Universiteti ilə birgə təşkil etdiyi Beynəlxalq Dil, Dilçilik və Ədəbiyyat Konfransı keçirildi.
Konfransın natıqləri müxtəlif ölkələrdən olan alimlər idi. Professorlar Muntazar Mehdi (konfransın sədri, Müasir Dillər Milli Universiteti, Pakistan), Bob Hodge (Qərbi Sidney Universiteti, Avstraliya), Lance Cummings (Şimali Karolina Universiteti, ABŞ), Assoc. Prof. Dr. Mustafa Güleç (Ankara Universiteti, Türkiyə), Bülent Cercis Tanrıtanır (Van Yüzüncü yıl Universiteti Universiteti, Türkiyə) və digərləri məruzə etdilər.
İştirakçı ölkələr Türkiyə, Pakistan, Azərbaycan, İran, Mərakeş, Nigeriya, Hindistan, ABŞ, Malayziya, İspaniya, Almaniya, Avstraliya, İtaliya, Banqladeş və Meksika idi. Adı çəkilmiş ölkələrdən olan tədqiqatçılar 132 elmi tədqiqat işi ilə konfransda çıxış etmişdir. Konfransda təqdimat üçün qəbul olunmuş bütün tezislər öncə ikili rəydən keçmişdir.
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin Tədqiqat işləri üzrə koordinatoru, konfransın təşkilat komitəsinin üzvü Milana Abbasova konfrans sessiyalarından birinin aparıcısı oldu. Konfransın dinləyiciləri olan departament əməkdaşları və magistr tələbələri konfrans məqalələrini də təqdim etdilər.
Konfrans iştirakçılarına sertifikat verildi.