2021-ci il yanvarın 18-də Xəzər Universitetinin müəllimi və doktorantı AZTV kanalında yayımlanan “Çıxışa doğru” proqramında psixoloq-ekspert kimi çıxış etmişdir.
Proqramın mövzusu son günlərdə aktual olan Covid-19 peyvəndinin insanlar arasında yaratdığı qorxu və təşviş hissi idi. Nilufər Əlizadə həyatda sağ qalmaqdan ötrü qorxunun insan təbiəti üçün önəmli bir hiss olduğunu, qorxu hissinin yaranma səbəblərini və insanların bu hiss ilə necə mübarizə aparmalı olduqlarını ətraflı şəkildə izah etmişdir.