2020-ci il dekabrın 23-25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Sevinc Ağayeva konfransda “Yusif Məddahın “Məqtəli-Hüseyn” əsəri məqtəli janrı kontekstində” adlı məruzə ilə çıxış etmişdir.