2020-ci il dekabrın 18-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə departamentin tələbələri üçün keçirilən “Mediasiya – münaqişələrin fərqli yolla həlli” adlı vebinarla çıxış etmişdir. Vebinar Erasmus+ MEDIATS layihəsi (Layihə nömrəsi 599010-EPP-1-2018-1-NL-EPPKA2-CBHE-JP) çərçivəsində Xəzər Universiteti tərəfindən həyata keçirilən Mediasiya Maarifləndirmə Həftəsi proqramında baş tutmuşdur.
Vebinarda 2019-cu ildə Mediasiya haqqında qanunun qəbul edilməsi ilə məhkəmə-hüquq sistemində gözlənilən islahat və dəyişikliklərdən bəhs edilmişdir. Bundan əlavə, tələbələrə gələcək karyeralarını bu istiqamətdə necə qura biləcəkləri və Xəzər Universitetində bu ixtisas üzrə olan magistr təhsili haqqında da məlumat verilmişdir. Webinar sual-cavab sessiyası ilə başa çatmışdır.