Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Telman Nüsrətoğlunun müəllifi olduğu “OPINION - Albanian churches in Karabakh and endless Armenian lies” adlı məqaləsi Türkiyənin “Anadolu Agency” Xəbər Agentliyinin rəsmi saytında dərc olunmuşdur.
Məqalədə erməni din xadimlərinin erməniləri “məzlum qədim millət” kimi təqdim etdikləri yalançı kampaniya əsaslı sübutlarla ifşa edilmiş, Azərbaycanın Qarabağ ərazisində mövcud olan qədim alban kilsələri və tarixi haqqında ətraflı məlumat verilmişdir.
Məqaləni bu link vasitəsilə oxumaq olar: