Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilində müəllimlik ixtisasları üzrə yüksək ballarla qəbul olaraq “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülən tələbələrin siyahısı müəyyənləşdirilmişdir. Siyahıyda 11 ali məktəbin tələbələri yer almışdır. Bunlardan 10-u dövlət ali məktəbləridir.
Özəl ali məktəblər üzrə yalnız Xəzər Universitetinin tələbələri bu yüksək təqaüdə layiq görülmüşlər!