2020-ci il dekabrın 18-də, saat 12:00-da Microsoft Teams platforması üzərində distant şəkildə Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı departamentinin magistr tələbələri Şəhla Baxışova “Pragmatic Aspects of Irony in American Political Discourse”; Şəhlaxanim Məmmədova “The Effects of Using the Grammar Translation Method in IDP Schools of Azerbaijan”; Turac Fərəcova “The role of Culture Specific Items on the translation of Azerbaijani Proverbs into the
English Language” dilşünaslıq ixtisası üzrə magistr dərəcəsi almaq üçün müdafiədə öz işlərini uğurla təqdim etdilər. Müdafiədə departamentin müdiri Dr Bahman Amani, tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova, müəllimlər və magistr tələbələri də iştirak etmişdilər.
Xatırlatmaq istərdik ki, Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı departamentinin adları aşağıda qeyd olunan magistr tələbələri də dilşünaslıq ixtisası üzrə magistr dərəcəsi almaq üçün dissertasiya işlərinin müdafiələrini uğurla başa vurmuşdular:
Nərmin Allahverdiyeva "Brexit metaphors in British Media Discourse used during the reign of three Brexit Prime Ministers";
Könül Hacıyeva "Vocabulary Learning Strategies of Azerbaijani Students and its Relation to their Academic and Technical English Vocabulary Knowledge";
Əfruz Əzimova "A Study of the Status and Role of Anglicisms in Azerbaijani Mass Media";
Şəbnəm Hüseynzadə "Sociolinguistic analysis of politeness strategies in female and male speech behavior in Oscar winning movies in 2020 with a special reference to Marriage Story".