18 Dekabr 2020-ci il tarixində Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev tərəfindən “Mediasiya təcrübəsinin tətbiqi ilə ədliyyə sisteminin Avropalaşması” mövzusunda webinar keçirilmişdir. Webinar Erasmus+ MEDIATS layihəsi (Layihə nömrəsi 599010-EPP-1-2018-1-NL-EPPKA2-CBHE-JP) çərçivəsində Xəzər Universiteti tərəfindən həyata keçirilən Mediasiya Maarifləndirmə Həftəsi proqramında baş tutmuşdur.
Webinarda 2019-cu ildə Mediasiya haqqında qanunun qəbul edilməsiylə məhkəmə-hüquq sisteminə gözlənilən islahat və dəyişiliklər barəsində məlumat verilmişdir. Bununla yanaşı Mediasiya haqqında qanunun Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası tərəfindən verilən təlimat və tövsiyələrə, eləcə də Avropa praktikasına uyğunluğu müzakirə edilmişdir.
Webinar sual-cavab sessiyası ilə başa çatdı.