2020-ci il dekabrın 10-da Avropa Komissiyasının “Horizon-2020” proqramı çərçivəsində “Araşdırma və İnnovasiya üzrə Şərq Tərəfdaşlıq Tədbiri” adlı virtual tədbir keçirildi. Görüşdə Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva iştirak edirdi.
Görüşdə COVID-19 pandemiyası ilə əlaqəli tədqiqat və yenilik fəaliyyətlərinə dair Avropa və tərəfdaş ölkələrin universitetləri arasında əməkdaşlıq imkanları, tərəfdaş olan Şərq ölkələrinin COST (European Cooperation in Science and Technology) assosiasiyasında iştirakı haqda müzakirələr aparıldı.
Tədbirin sonunda proqramın gələcək planları haqda danışıldı.