2020-ci il noyabrın 25-də Xəzər Universitetinin Mexanika mühəndisliyi şöbəsi KOB-un əməkdaşlığı ilə magistratura proqramlarına necə müraciət olunacağına dair virtual seminar keçirib. Mexanika mühəndisliyi şöbəsinin müəllimi Dr. Mehdi Kiyasatfar seminarın məqsədləri haqqında məlumat verib, standart CV və təsirli bir SOP yazmaq barəsində müzakirələr aparıb.
Eyni zamanda, Xəzər Universitetinin məzunları - İtaliyadan Ruslan Qalib, Cənubi Koreyadan Sərxan Hacıyev, Macarıstandan Püstə Cəlalova, Ziya Mehdiyev və Emin Bayramov nüfuzlu xarici universitetlərə müvəffəqiyyətlə müraciət və mümkün təqaüdlər üzrə öz təcrübələrini bölüşüblər. Görüşün sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.