2020-ci il noyabrın 26-27-də Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva Azərbaycanı təmsil edən ali təhsil islahatarı üzrə ekspert kimi Erasmus+ HEREs (Ali Təhsil İslahatları Mütəxəssisləri) layihəsi çərçivəsində “Mikro-sertifikasiyanın araşdırılması: Niyə, necə və hansı yolla irəliləmək” mövzusunda onlayn seminarda iştirak etdi.
2 gün davam edən seminarda Avropa universitetlərindən və Ali Təhsil İslahatları Mütəxəssisləri (HERE) şəbəkəsinə daxil olan ölkələrdən müxtəlif ekspertlər təqdimatla çıxış etdilər. Sonra 3 müxtəlif qrupda müzakirələr aparıldı.
Görüş “Nəticələr və irəli gedən yol: nələri öyrəndik?” başlığı ilə aparılan müzakirə ilə yekunlaşdı.