2020-ci il noyabrın 26-da Xəzər Universitetinin İnkişaf mərkəzi ilə İqtisadiyyat və menecment fakültəsi Erasmus+ UniLab layihəsi çərçivəsində virtual məlumatlandırıcı seminar keçirdilər. Tədbir fakültənin koordinatoru Dr.Bahadır Baysalın giriş sözü ilə başladı. Sonra UniLab layihəsinin üzvü, Xəzər Universiteti Təlim və tədris mərkəzinin direktoru Ülkər Bayramova təqdimatla çıxış edərək, layihənin məqsədi, gözlənilən nəticələri və layihə çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verdi.
Daha sonra Ülkər Bayramova və Dr. Bahadır Baysal tələbələrlə birlikdə təcrübə zamanı yaranan çətinliklər haqda müzakirə apardılar.
Görüş sual cavab sessiyası ilə başa çatdı.