2020-ci il oktyabrın 23-də Təhsil Nazirliyi “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsili üzrə müsabiqənin qalibləri ilə onlayn görüş keçirmişdir.
Görüşdə Təhsil naziri Emin Əmrullayev, Təhsil Nazirliyindən, Dövlət Proqramı İdarəetmə Qrupundan digər səlahiyyətli nümayəndələr və müsabiqənin 23 nəfər qalibi iştirak etmişlər. Təhsil naziri və digər çıxış edənlər 54 nəfər namizəd arasında gərgin yarış şəraitində fərqlənmiş qalibləri təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tələbələr xarici ölkələrdə təhsil alacaqları universitetlərdə etimadı doğruldacaqlarını bildirmişlər.
Görüşdə Proqram iştirakçıları ilə üçtərəfli müqaviləni imzalamış tərəfdaş yerli ali təhsil müəssisələri arasında Xəzər Universitetinin ön sıralarda yer alması qeyd olunmuşdur.
Tədbir haqqında dp.edu.az saytı xəbər yayımlamışdır: