2020-ci il noyabrın 18-də Sibir Federal Universiteti (Rusiya Federasiyası) Xəzər Universitetinin tərəfdaşı olduğu UniLab Layihəsi çərçivəsində Fokus Müzakirə Qrupu formatında “İstehsalat təcrübəsi: inkişaf vektorlari və əməkdaşlıq mexanizmləri” mövzusunda virtual konfrans keçirmişdir.
Tədbirdə Sibir Federal Universitetinin əməkdaşları və tələbələri ilə yanaşı, layihənin Rusiya Federasiyasından, Belarusdan və Azərbaycandan olan digər tərəfdaş univrsitetlərin əməkdaşları və tələbələri də iştirak etmişlər. Xəzər Universitetindən İnkişaf mərkəzinin, İqtisadiyyat və menecment fakültəsinin və Təbiət elmləri və mühəndislik fakültəsinin əməkdaşları tədbirə qoşulmuşlar.
Konfrans Sibir Federal Universitetinin tədris işləri üzrə prorektoru Denis Qutsun iştirakçıları salamlaması ilə başladı. Sonra Beynəlxalq və idarəetmə iqtisadiyyatı kafedrasının müdiri Svetlana L. Ulina layihənin əsas məqsədi və tədqiqat nəticələri haqda danışdı. Konfransda Sibir Federal Universitetinin digər əməkdaşları - Valentina A. Kononova, Svetlana A. Karelına, Pavel S. Zelenski və Margarita İ. Elıyaşeva çıxış edib, iştirakçıların suallarını cavablandırdılar.
Sonda konfrans Svetlana L. Ulinanın çıxışı ilə bitdi.