Noyabrın 12-də “Dünya” məktəblilərinin “Qarabağ Azərbaycandır – biz qalibik!” devizi ilə onlayn şahmat yarışı keçirildi. Beynəlxalq Lichess.org şahmat platforması vasitəsilə keçirilən turnirdə 3-cü sinif şagirdləri – Yusif Abdullazadə 3-cü, Teymur Məmmədov 2-ci yerə, Banu Abbaslı isə bütün rəqiblərindən böyük xal fərqi ilə turnirin qalibi adına layiq görüldü.
Turnir “Dünya” məktəbinin şahmat məşqçisi, FİDE Ustası Elşad Rzayevin nəzarəti altında təşkil olunmuşdu.