Oktyabrın 21-23-də Ankarada Qazi Universitetinin təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin açılışının 100 illiyinə həsr edilən “XII Uluslararası Dünya Dili Türkçe” Simpoziumukeçirilmişdir. Simpoziumda Xəzər Universiteti Dillər və ədəbiyatlar departamentinin əməkdaşı Dr. Zəminə Ziyayeva da iştirak etmişdir.
Qeyd edək ki, simpoziumun bütün iclas salonları Azərbaycanın şəhər adları ilə adlandırılmışdı. Simpoziumun açılış və bağlanışında çıxış edən türkoloq və dilçilər Azərbaycandakı mövcud vəziyyətə də toxunaraq, dünyanın çoxlu ölkəsindən olan iştirakçıları məlumatlandırmışlar.
Simpoziumda Zəminə Ziyayeva “Bakü Kültür Hayatında İki Kırım Türkü: Hasan Sabri Ayvazov- Bekır Sıtkı Çobanzade ve Edebî Dil Görüşleri” adlı məruzə ilə çıxış etmiş, Xocalı salonunda keçirilən iclaslardan birinə sədr təyin olunmuşdur.
Simpozium haqqında ətaflı məlumat aşağıdakı linklərdə:
http://dunyadiliturkce2020.gazi.edu.tr/cevrimici_pragram.html